AGAH Azərbaycanın dostlarını Ankarada bir araya topladı – Fotolar

Ankarada Yurtdışı Türklər və Əqraba Topluluqlar Başqanlığının mərkəzi qərargahında Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsinin və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə Azərbaycan Gənclərinin Ankara Həmrəyliyi İctimai Birliyi (AGAH) tərəfindən  “Türkiyədəki azərbaycanlı gənclərin problemlərinin tədqiqi və diaspor fəaliyyətində iştirakının peşəkarlaşdırılmasına dair tədbirlər” layihəsi çərçivəsində və Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilən çox hissəli proqram təşkil edilib.

Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyi (TAİB) və Ankara Sağlıq və İctimai İnkişaf İnstitutunun da dəstəyi ilə ikincisi təşkil edilən “Kitab Həmrəylik Mənbəyidir” kitab müsabiqəsinin qaliblərinin də elan edildiyi və mükafatlandırıldığı proqrama Türkiyə Respublikasının sabiq gənclər və idman naziri Suat Kılıç, Türkiyə və Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri, millət vəkili Şamil Ayrım, YTB Başkan yardımcısı Sait Yusuf, Türkiyə Prezident Administrasiyası Səhiyyə və Qida Siyasəti Şurasının üzvü Necdet Ünüvar, sabiq millət vəkilləri Şevket Köse, Recep Yıldırım, Ankara İctimai Elmlər Universitetinin rektoru, Prof.Dr. Mehmet Barca, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hülusi Kılıç, Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətindəki Səfirlyinin birinci katibi Elçin Allahverdiyev, təhsil müşaviri Nəcibə Nəsibova , TAİB-in baş katibi Aygün Əliyeva, ASSGE-nin rəhbəri Xatirə Həsənova, QHT nümayəndələri, azərbaycanlı gənclər, diaspor fəalları iştirak ediblər.

YTB sədr müavini Sait Yusufun salamlama nitqindən sonra tədbiri giriş sözü ilə açan AGAH sədri Təbriz Raufoğlu bütün iştirak edənlərə təşəkkürlərini bildirərək, həmrəylik günü münasibəti ilə təşkil edilən proqramın kitab üzərindən həmrəylik mesajını hədəflədiyini, həmvətənlərimizi kitab üzərindən bir araya gətirməyi qarşısına məqsəd qoyduğunu vurğulayıb. Təbriz Raufoğlu tanınmış azərbaycanlı dövlət və ictimai xadimlərdən sitatlar gətirərək fərqli görüş və fikirlərin bizləri ayırmaması gərəkdiyini, ümummilli məsələlərdə ortaq hərəkət etməyin vacibliyini vurğulayıb. O əlavə edib ki, təəssüflər olsun ki, bu sahədə müəyyən çətinlikliklərlə qarşılaşmaqdadırlar və ona görə də adıçəkilən problemin fundamental həlli üçün kitablara üz tutubar.

Daha sonra bu ildən etibarən AGAH tərəfindən irəli sürülən və Birliyin fəaliyyətində effektiv iştirak, azərbaycanlı gənclərin problemləri ilə yaxından maraqlanmaq, Türkiyədə Azərbaycanla əlaqədar mövzularda həssalıq nümayiş etdirmək meyarları əsasında təşkilatın İdarə Heyətinin qərarı ilə verilən “İLİN AGAH”ları mükafatlarının təqdim edilməsinə keçilib.

Qurumun İH qərarı ilə Türkiyənin 61-ci Hökumət Gənclər və İdman naziri Suat Kılıç “AGAH Bakan”, Şamil Ayrım, Necdet Ünüvar, Şevket Köse, Mahmut Göksu, Metin Gündoğdu, Yaşar Karadağ, Abdullah Çalışkan, İhsan Şener, Ayşe Türkmenoğlu “AGAH Millət vəkili”, Hülusi Kılıç “AGAH Səfir”, Mehmet Barca “AGAH rektor”, Nəcibə Nəsibova “AGAH  müşavir”, Aygün Əliyeva və Xəzər Azərbaycan Xalq Rəqsləri Dərnəyinin rəhbəri Gülçehre Sangu və Tarihdaş Milletler Topluluğu Birliyinin sədri Ahmet Baba “AGAH QHT təmsilçisi”, Vüqar Abdullah və Xatirə Həsənova “AGAH İş adamı” mükafatları ilə təltif ediliblər.

Haccetepe Universitetinin Xarici Əlaqələr departamentinin məsləhətçisi Ramilə İbrahimova, Sahil Təhlükəsizlik Akademiyasının müəllimi, dr. Servet Avşar, Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşı Elnur Xəlilovaya təşəkkür elan edilib.

Tədbir “Kitab Həmrəylik Mənbəyidir” müsabiqəsinin qaliblərini mükafatlandırılması mərasimi ilə davam edib. Müsabiqənin qaydalarına görə ictimaiyyətin rəyi (30 faiz) və peşəkar münsifin dəyərləndirməsi (70 faiz) əsasında ilk 3 yerin sahibləri müəyyənləşdirilib.

Belə ki, müsabiqədə 1-ci yerə Haluk Tatarın “Zafer Sızlanarak Kazanılmaz” kitabı ilə Cavidan İsmayılzadə, 2-ci yerə İlbər Ortaylının “Bir Ömür Nasıl Yaşanır” kitabı ilə Emin Yadigarov, 3-cü yerə isə Laurent Gounellenin “Tanrı Daima Tedbil-i Kıyafet Gezer” kitabı ilə Həvva Məmmədova layiq layiq görülüb.

Müsabiqənin şərtlərinə görə, Cavidan İsmayılzadə 750, Emin Yadigarov 500, Həvva Məmmədova isə 250 Türk lirəsi dəyərində kitab kuponu ilə mükafatlandırılıb. Qeyd edək ki, birinci yerin mükafatını TAİB, ikinci yerin mükafatını ASSGE və üçüncü yerin mükafatını isə AGAH qarşılayıb.

Sonda “Kitab Lotoreyası” keçirilərək qalib gələn bir nəfər iştirakçıya 100 tl dəyərində kitab kuponu hədiyyə edilib.

COP29