AGAH CHP sədrinin müavininin açıqlamasına etirazını bildirdi

Azərbaycan Gənclərinin Ankara Həmrəyliyi (AGAH) İB-nin sədri Təbriz Raufoğlu Cümhuriyyət Xalq Partiyasının sədrinin müavini və xarici əlaqələr departamentinin rəhbəri Ahmet Ünal Çeviközün “Habertürk” telekanalına verdiyi müsahibəsi ilə bağlı etirazını bildirib.

AGAH-ın mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə AGAH sədri CHP funksionerləri ilə əlaqə saxlayaraq partiya sədrinin müavini Ünal Çeviközün açıqlamasından təəssüfləndiyini və Azərbaycan ictimaiyyətinin dərin narahatçılığını CHP rəhbərliyinin diqqqətinə çatdırıb.

Qeyd edək ki, AGAH-ın reaksiyasından sonra Ahmet Ünal Çeviköz xüsusi bəyanatla çıxış edərək verdiyi açıqlamanın Azərbaycana dəstəyin əleyhində olduğu anlamına gəlmədiyini vurğulayaraq “Can Azərbaycanın yanında olduğumuzu dəstəkləyirəm, dəstəkləyirik” şəklində fikrini yekunlaşdırıb.