Rusiyada yaşayan azərbaycanlı oliqarx Araz Ağalarov məşq zamanı zədə alıb.
Yenicag.az xəbər verir ki, bu barədə Ağalarov özü “Jara” telekanalına açıqlamasında deyib. Biznesmenin 2 qabırğası qırılıb.
“Mən indi ayaqüstə güclə dayanıram. Hələ iki həftə idmanla fəal şəkildə məşğul ola bilməyəcəm”, – deyə A. Ağalarov bildirib.
Emin Ağalarov isə atasının valeybol oynayarkən zədə aldığını qeyd edib.