!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ağalarovun obyektini partlatmaq istəyən tutuldu

!Reklam – Yazi

2b7b1a3f257Rusiyada azərbaycanlı iş adamı Araz Ağalarova məxsus olan “Krokus Ekspo” mərkəzinə partlayıcı maddəni qoymaqda şübhəli bilinən şəxs saxlanılıb.

AzVision.az -ın “life”-a istinadən verdiyi məlumata görə, 30 yaşlı adı açıqlanmayan şəxs “Krokus Ekspo” mərkəzinə partlayıcı maddəni qoyduğunu etiraf edib.

Polisdən bildirilib ki, saxlanılan şəxs sadəcə icraçıdır: “İşsiz olduğu üçün partlayıcı maddəni mükafat qarşılığında mərkəzə qoyub”.

Qeyd edək ki, azərbaycanlı iş adamı Araz Ağalarov “Krokus Ekspo” mərkəzində partlayış təhlükəsindən sonra xüsusi xidmət orqanlarına və müstəntiqlərə onun ünvanına təhdidlər barədə zənglərin daxil olduğunu, şantaj edildiyini deyib.

Araz Ağalarov bildirib ki, sərgi mərkəzində bomba aşkar edilənə qədər ona 2 milyon dollar məbləğində borcu qaytarmaq tələbi ilə müntəzəm zənglər gəlib.

İstintaq müəyyənləşdirib ki, şantajçılar iş adamını hədələyib, ondan pul almaq istəyib. Təhlükəli zənglər mesencer və müxtəlif kanallarla daxil olub.

www.yenicag.az

557
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv