Ağalı məktəbinin direktoru vəzifəsindən azad olundu

Zəngilan rayonu Ağalı kənd tam orta məktəbinin direktoru Nərmin Həsənova vəzifəsindən azad edilib.

Yenicag.az xəbər verir ki, o, vəzifəsindən azad edilməsi ilə bağlı ərizə yazıb.

N.Həsənova vəzifəsindən ayrılmasına səbəb kimi səhhətində yaranan problemləri qeyd edib. O, fəaliyyətini sözügedən təhsil ocağında müəllim kimi davam etdirəcək.

Qeyd edək ki, N.Həsənova bu vəzifəyə 2022-ci ildə təyinat almışdı. O daha öncə Zəngilan rayon 14 nömrəli tam orta məktəbdə tarix müəllimi işləyib.

COP29