Ağamirzə dostu üçün DUA ETDİ: “Kaş möcüzə baş verə, Kərim yeni ildə…”

“Allah dualarımızı eşitsin, kaş yeni ildə bir möcüzə baş versin, Kərim ayağa qalxsın”.

Bu sözləri meyxana ustadı Ağamirzə Yenicag.az-a açıqlamasında deyib.

O, yaxın dostu, meyxanaçı Kərimin bu il də yeni ili yataqda qarşılayacağını kədər hissi ilə bildirib:

“Kərimin səhhətində heç bir irəliləyiş yoxdur, dava-dərmanın da köməyi olmur. Əvvəllər nəsə deyəndə, soruşanda reaksiya verirdi, indi heç reaksiya da vermir. Ona baxanda ürəyim parçalanır.

Yeni il gəlir, əziz dostum təzə ili yenə yataqda qarşılayacaq. Bu, onun yaxınlarını, doğmalarını və dostlarını çox sarsıdır. Kərim böyük sənətkardır, məclislərdə, efirlərdə, yanımızda onun yeri görünür.

Amma amansız xəstəlik onu yatağa salıb. Allah dualarımızı eşitsin, kaş ki yeni ildə bir möcüzə baş versin, Kərim ayağa qalxsın”.

Cəvahir

COP29