“İnsan bilsə də ki, ağır xəstədir, yatağa məhkumdur, heç vaxt ayağa qalxmayacaq, amma yenə də ümidini itirmir. Ümid sonda ölür”.
Bunu xəstəliklə çarpışan Kərimlə bağlı danışarkən tanınmış meyxanaçı Ağamirzə Yenicag.az-a açıqlamasında deyib.
Yaxın dostunun yeni ili bu dəfə də yataqda qarşılamasından kədərlənən sənətçi onu bu vəziyyətdə görmək istəmədiyini bildirib:
“Kərim neçə ildir ki, yeni ili yataqda, yorğan-döşəkdə qarşılayır. Yanına ziyarət etməyə gedirəm, ürəyimdə dərd gətirirəm. Gözümün içinə baxır, sanki imdad diləyir. Onun da arzuları var. Sənətinə də çox bağlı insan idi.
Meyxana aləmində Kərimin yeri görünür. Amma nə danışır, nə dinir. Kərim xəstəliklə mübarizə apırır. Dünyada ən ağır dərd əzizini xəstə yatağında çarəsiz durumda görməkdir. Həkim gəlir baxır, dava-dərman edir, amma ümid Allaha qalıb. Allahdan möcüzə gözləyirik ki, bəlkə sağala. Yenə də ziyarətinə gedəcəm, Bayramını təbrik edəcəm”.
Cəvahir