!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ağamirzə: “Ümid Allahadır” - Meyxanaçı Kərimin səhhəti AĞIRLAŞDI

!Reklam – Yazi

Tanınmış meyxanaçı Kərimin səhhəti ağırlaşıb. Evdə dava-dərman olunan sənətçi nə yeriyə bilir, nə danışa.

Bunu Yenicag.az-a açıqlamasında yaxın dostu meyxanaçı Ağamirzə Kərimin səhhəti ilə bağlı açıqlamasında deyib.

Ağamirzə Kərimin iynə-dərmanla yaşadığını bildirib:

“Kərim 2017-ci ildə insult keçirəndən ta bu günə qədər müalicə olunur. Artıq müalicələr də kömək etmir. Vəziyyəti ağırdır. Əvvəllər az-az da olsa, danışa bilirdi, indi heç dinib-danışmır. Gedib baş çəkirəm, amma bütün günü yatır. Həkimlər deyir ki, beyinlə əlaqədardır. Mən də ürək ağrısı ilə yanında oturub, üzünə baxıram. Kor-peşman evə qayıdıram. Kərimin sağalması üçün ümid Allaha qalıb. Əlimizdən heç nə gəlmir. Mütəmadi müalicə də olunub, amma irəliləyiş yoxdur”.

Cəvahir

www.yenicag.az

855
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv