Ağamirzədən bəzi verilişlərə İRAD: “Camaat baxır, bunlar isə efirdə…”

“Ölərəm, amma efirdə yemək yemərəm”.

Yenicag.az xəbər verir ki, bu sözləri meyxana ustadı Ağamirzə “Tarixin bir günü” verilişində deyib.

Yemək bişirilən verilişlərlə bağlı iradını bildirən sənətçi izləyicilərin gözü önündə yemək yeməyi özünə yaraşdırmadığını da söyləyib.

“Verilişdə yemək bişirlər, sonra da oturub yeyirlər. Müğənniyə də təklif edirlər. Bu, mənə çox pis təsir edir. Mən ölərəm, amma efirdə yemək yemərəm. Nə qədər tamaşaçı oturub zalda, onların nəfsləri çəkir axı. Yaxud da mən burada yemək yeyəcəyəm, evlərdən baxacaqlar? Olanı var, olmayanı var… Tamaşaçıların qarşısında yemək yeməyi özümə yaraşdırmıram”.

Nehru

COP29