!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Hamısı musiqili meyxanaya hücum çəkdi" - Ağamirzə

!Reklam – Yazi

Space telekanalında yayımlanan “Nahara qədər” verilişinin bugünkü qonağı tanınmış meyxanaçı Ağamirzədir. O, sənəti ilə bağlı maraqlı açıqlamalar verib.

Yenicag.az xəbər verir ki, söz xiridarı bəzi həmkarlarının bostanına daş ataraq, musiqili meyxananın hər adamda mükəmməl alınmadığını deyib. Onun sözlərinə görə, əgər aşpaz bir neçə ərzağı qarışdırıb, ortaya gözəl bir yemək çıxarırsa, bunu alqışlamaq lazımdır. Yox əgər bacarmırsa, bu işdən əl çəkməlidir:

“Bu sahənin adamlarının çoxu musiqili meyxanaya müraciət etdi və hamısında alınmadı. Mən də oxudum. Ancaq dörd-beş meyxanaçının musiqili meyxanaları qəbul olundu. Yerdə qalanlar bu janrın üstünə qoşunla hücum çəkdi, xeyri olmadı”.

Qeyd edək ki, Ağamirzənin qonaq olduğu veriliş bu gün Space kanalında saat 12:30-da əməkdar artist Sevinc Əliyeva və Şəbnəm Turanın təqdimatında yayımlanacaq. Verilişin informasiya dəstəkçisi Yenicag.az saytıdır.

Cəvahir

www.yenicag.az

3763
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv