!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ağamusa Axundov dəfn edildi – II Fəxri xiyabanda

!Reklam – Yazi

108693_res_01Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) tanınmış ədəbiyyatşünas, akademik Ağamusa Axundovla vida mərasimi keçirilib.

Vida mərasimində Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə, Millətlərarası, multikulturalizm və dini tolerantlıqlıq üzrə dövlət müşaviri, akademik Kamal Abdulla, AMEA-nın prezidenti Akif Əlizadə, mərhumun ailə üzvləri, elm xadimləri iştirak edib.

AMEA-nın prezidenti Akif Əlizadə akademik Ağamusa Axundovu Azərbaycan elmində böyük məktəbin yaradıcısı kimi qiymətləndirib: “Ağamusa müəllimin yoxluğu bizim elmimiz üçün böyük itkidir. Ağamusa Axundov dilçilik elminin klassiki idi. O, gənc yaşlarından təhsillə elmi tən tutan alim idi və böyük tələbə ordusu, alimlər nəsli yetişdirib. Ağamusa müəllim ciddi elmi dairələrdə böyük hörmətə, nüfuza malik insan idi. Ağamusa Axundov təkcə alim yox, həm də böyük ziyalı idi. Allah ona rəhmət etsin, qəbri nurla dolsun”.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, A. Axundovun dilçilik sahəsində apardığı tədqiqatlar Azərbaycanda dilçilik məktəbini formalaşdırıb: “Beynəlxalq aləmdə o, fonetika məktəbinin yaradıcısı kimi qəbul olunur. Ağamusa müəllim dilçilik sahəsində olduğu kimi fonetika sahəsində də böyük xidmətlər göstərib. Qəbri nurla dolsun, Allah yaxınlarına səbir versin”.

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, akademik Vasim Məmmədəliyev, akademik Teymur Kərimli Ağamusa Axundovun elmi fəaliyyəti ilə yanaşı, insani keyfiyyətlərindən də danışıblar.

Qeyd olunub ki, daxilən zəngin insan olan A. Axundov yetişdirdiyi tələbələrini təkcə tələbə kimi yox, doğması kimi sevib, onlara qayğı göstərib.

A. Axundovun ailəsi adından çıxış edən akademik Kamal Abdulla vida mərasimində iştirak edənlərə təşəkkürünü bildirib, dövlətin alimin əməyinə, xidmətlərinə olan diqqətindən danışıb.

Vida mərasimindən sonra A. Axundov II Fəxri xiyabanda dəfn olunub.

***

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Azərbaycanın tanınmış ədəbiyyatşünası, dilçi və türkoloq alimi Ağamusa Axundovla vida mərasimi keçirilir.

AzNews.az APA-ya istinadən xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə, AMEA prezidenti Akif Əlizadə Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla, Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov və başqa tanınmış şəxslər, ziyalılar iştirak edirlər.

Xatırladaq ki, Ağamusa Axundov dünən dünyasını dəyişib(APA).

Yenicag.az kollektivi dəyərli akademikin ailəsinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

www.yenicag.az

520
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv