!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ağasəlim Mircavadov: “”Qarabağ”a hücumçu lazımdır, “Qəbələ” isə …”

!Reklam – Yazi

footbol“Məni qane etməyən əsas məqam yerli futbolçuların meydanda çox az olması idi”.

Bunu Yenicağ.Az-a AFFA Məşqçilər Şurasının üzvü, tanınmış futbol mütəxəssisi Ağasəlim Mircavadov “Qarabağ” və “Qəbələ”nin Avropa Liqasının qrup mərhələsindəki çıxışını dəyərləndirərkən deyib. O, komandalarımızın çıxışını normal qiymətləndirib:

“Məncə, həm “Qəbələ”, həm də “Qarabağ” normal çıxış etdi. Ağdam təmsilçisi “Fiorentina” (1:2) ilə oyunda yenə qrupdan çıxmaq məsələsini son tura saxladı.
“Qəbələ” isə qrup mərhələsində xal qazana bilməsə də, təsnifat mərhələsində parlaq oyunu ilə yadda qaldı. Düzdür, onlardan qrup mərhələsində də gözləntilər böyük idi. Amma görünür nəsə çatışmadı. “Qəbələ”nin ardıcıl iki ildir qrup mərhələsində oynaması böyük uğurdur. Bu, klubun imici üçün də müsbət məqamdır”.

A.Mircavadov komandada çatışmayan cəhətlərə də toxunub:

Ağasəlim Mircavadov ile ilgili görsel sonucu” “Qarabağ” komandasına hücumçu lazımdır. Bunu məşqçilər korpusu da çox yaxşı anlayır. Yəqin ki, özləri bunun üçün nə isə tədbir görər. Həmçinin hesab edirəm ki, biz klublarımızın Avrokuboklarda daha böyük uğur qazanmasını istəyiriksə, ilk növbədə çempionatımızda gərginliyi gücləndirməli, rəqabətin səviyyəsini artırmalıyıq. Bundan əlavə yerli futbolçulara da yer verməliyik”.

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsinin son turunda “Qarabağ” “Fiorentina”ya 1:2 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb. “Qəbələ” isə rəqibi “Maynts”ə 2:0 hesabı ilə məğlub olub.

Aygün İlqarqızı
Yenicağ.Az

www.yenicag.az

691
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv