!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

AGAT reklam şirkəti Tərtərdə baş verən hadisəyə görə üzr istədi

!Reklam – Yazi

AGAT reklam şirkəti 8 may tarixində Tərtərin Qaradağlı kəndində yerləşən “OBA” marketin çöl reklamlarını dəyişərkən zərər görmüş şəhid şəkillərinə görə şəhid ailələrindən və hisslərinə toxunduğu bütün Tərtər əhalisindən üzr istəyir.

AGAT “OBA” marketlər şəbəkəsi kimi bir çox şirkətlərlə reklam işləri üzrə əməkdaşlıq edir. Bəhs edilən hadisə Qaradağlı kəndində yerləşən “OBA” marketin reklam löhvəsini dəyişərkən olub. AGAT əməkdaşlarından birinin “OBA” marketin çöl reklamını dəyişərkən şəkilləri müvəqqəti olaraq çıxarması zamanı şəhid şəkli zərər görüb. AGAT əməkdaşının səbəb olduğu bu diqqətsizlik nəticəsində “OBA” marketlər şəbəkəsi də maddi və mənəvi zərər görüb.

Şəkillər bərpa edilib, bu hadisəyə səbəb olan əməkdaş inzibati məsuliyyətə cəlb olunub.

AGAT reklam şirkəti bir daha belə halların yaşanmayacağını bildirərək əməkdaşının səbəb olduğu maddi- mənəvi zərərə görə hər kəsdən üzr istəyir.

www.yenicag.az

752
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv