Ağcabədi QƏZA: Motosiklet qadını vuraraq öldürdü

Ağcabədidə yol qəzası baş verib.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, sentyabrın 9-u saat 6 radələrində Ağcabədi şəhəri ərazisində şəhər sakini Ə.Quliyev idarə etdiyi motosikletlə yolu keçən həmyerlisi Şərqiyyə Nəcəfovanı vurub.

Xəsarətlə xəstəxanaya yerləşdirilən qadın orada ölüb.

Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.