!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ağcabədidə 20 ton taxıl oğurlandı - FOTO

!Reklam – Yazi

Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq əməlləri törətməkdə şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa cəlb edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenicag.az-a bildirilib ki, Ağcabədi RPŞ-yə müraciət edən rayon sakini ona məxsus evdən məişət əşyasının oğurlanması barədə məlumat verib.

Daxil olan məlumatla əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər də oğurluq etdiyinə görə elektron qolbaqla təchiz olunmuş Bəhram Yolçuyev saxlanılıb.

Bundan başqa, digər bir rayon sakini RPŞ-yə müraciət edərək ona məxsus anbardan 20 ton taxılının oğurlanması barədə məlumat verib. Keçirilən tədbirlərlə həmin oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakini Turan Kazımov da saxlanılıb.

İlkin araşdırmalarla onun cari ilin iyul-avqust aylarında anbardan 16 min manat dəyərində taxıl oğurladığı məlum olub.

Hər iki faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

www.yenicag.az

379
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv