Ağcabədidə 3 otaqlı ev külə döndü

Ağcabədidə yanğın hadisəsi qeydə alınıb.

Yenicag.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Ağcabədi rayonunda ümumi sahəsi 78 m2 olan birmərtəbəli 3 otaqlı evin 3 otağının yanar konstruksiyaları 48 m2 sahədə və dam örtüyü yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.