Ağcabədidə 40 yaşlı kişini ildırım vuraraq öldürdü

Ağcabədi sakinini ildırım vuraraq öldürüb.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Gələbədin kəndində qeydə alınıb.

 

1983-cü il təvəllüdlü Samir Əkbərov özünə məxsus torpaq sahəsində təsərrüfat işləri görərkən ildırım vurması nəticəsində ölüb.

Araşdırma aparılır.