Ağcabədidə avtomobil aşdı – Ölən var

Ağcabədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, sentyabrın 11-də saat 11 radələrində Ağcabədi rayonunun Qaradolaq kəndi ərazisində Saatlı rayon sakini Mehdi Nəsirov idarə etdiyi “Toyota” markalı avtomobili aşırıb. Xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.