Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Ağcabədidə dəhşətli qətl - Anasını döyərək öldürdü

Ağcabədi sakini anasını döyərək öldürüb.

Bu barədə Yinecag.az-a DİN-dən məlumat verilib.

Məlumata görə, mayın 2-də saat 1 radələrində Ağcabədi rayon sakini Mahirə Azadovanın yaşadığı evdə ölmüş vəziyyətdə aşkar edilməsi barədə Ağcabədi Rayon Polis Şöbəsinə daxil olmuş məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri ilə M.Azadovanın həmin gün oğlu, əvvəllər məhkum olunmuş Elman Kərimovla aralarında münaqişə olması, Elmanın sərxoş halda anasını, habelə qardaşı oğlu Bağdan Kərimovu döyməsi müəyyən edilib.

Cinayəti törətməkdə şübhəli bilinən E.Kərimov polis əməkdaşları tərəfindən tutulub.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

2242
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS