Ağcabədidə ev yandı

Ağcabədi rayonunda yanğın baş verib.

Yenicag.az FHN-ə istinadən xəbər verir ki, Ağcabədi rayonunun Hüsülü kəndində ümumi sahəsi 264 m2 olan ikimərtəbəli 8 otaqlı evin birinci mərtəbəsində 3 otağın yanar konstruksiyaları 108 m2 sahədə, ikinci mərtəbəsində bir otağın və dəhlizin tavanı 30 m2 sahədə, ev əşyaları qismən yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.