Ağcabədidə ev yandı

Ağcabədidə yanğın qeydə alınıb.

Yenicag.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonun Təzəkənd kəndində ümumi sahəsi 156 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə, yaxınlıqda ümumi sahəsi 70 m² olan qamışdan ibarət köməkçi tiklili və 80 m² sahədə qamışlıq yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.