Ağcabədidə güclü yanğın – Ərzaq mağazası kül oldu

Ağcabədi rayonunda ümumi sahəsi 225 m² olan ərzaq mağazasının yanar konstruksiyaları 140 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.