Ağcabədidə iki maşın toqquşdu: Ölən var

Ağcabədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, rayonun Şahsevən kəndində “Niva” markalı avtomobil “Qazel”lə toqquşub.

Nəticədə 1958-ci il təvəllüdlü Qədirov Araz Xanış oğlu yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar aparılır.