Reklam: High Technic
hightechnic

Ağcabədidə partlamamış hərbi sursat tapıldı - FOTO

Avqustun 31-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi rayonu, Eldəniz Sadıqov küçəsində əl qumbarasının tapılması barədə məlumatlar daxil olub.

Yenicag.az ANAMA-ya istinadən xəbər verir ki, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə qeyd olunmuş ərazidə su kanalının yaxınlığına baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən 8 ədəd partlamamış hərbi sursat (3 ədəd F-1 əl qumbarası və 5 ədəd UZRQM partladıcısı) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

www.yenicag.az

135