!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ağcabədidə reyd – 40-dan çox sürücü cərimələndi

!Reklam – Yazi

Yol polisinin Ağcabədi rayonunda keçirdiyi reyd zamanı, ümumilikdə, 40-dan çox qayda pozuntusu halı aşkarlanıb.

Yenicag.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 13 tağımının əməkdaşları tərəfindən müxtəlif ərazilərdə təşkil olunan reyd zamanı yol hərəkəti qaydalarını pozan sürücülər saxlanılaraq inzibati qaydada cərimələniblər.

Həmçinin sürücülərin sərxoş olub-olmadığı da yoxlanılıb. Bundan başqa, yol hərəkəti qaydalarını kobud şəkildə pozan, eləcə də avtomobilin konstruksiyasına dəyişikliklər edən xeyli sayda sürücü aşkarlanıb.

Reyd zamanı sürücülük hüququ olmadan, həmçinin nəqliyyat vasitələrini sərxoş halda idarə edən, sürət həddini aşan və digər qayda pozan sürücülər saxlanılıb, onların barələrində inzibati tədbir görülərək avtomobilləri cərimə meydançasına aparılıb.

Reydin keçirilməsində əsas məqsəd avtomobil yollarında təhlükəsiz hərəkəti təmin etmək, yol hərəkəti qaydalarını pozan sürücüləri aşkarlamaq, onların yarada biləcəyi təhlükənin qarşısını almaqdır.

Qeyd edək ki, reydlərin qarşıdakı günlərdə də keçirilməsi planlaşdırılır./Report/

www.yenicag.az

729
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv