Ağcabədidə üç avtomobil toqquşdu – FOTO

Ağcabədidə 3 avtomobil toqquşub.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Mingəçevir-Bəhramtəpə yolun keçən hissəsində baş verib.

Qəza nəticəsində VAZ-2107, “Mercedes” və “Qazel” markalı avtomobillər toqquşub. “Qazel” idarəetməni itirərək yoldan çıxıb. Qəza zamanı 1 nəfər ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.