Ağcabədidəki partlayışda ölən və yaralanan var

Ağcabədi rayonunda maye qaz doldurma məntəqəsində baş verən yanğın nəticəsində 1 nəfər ölüb, daha 1-i yaralanıb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Boyad kəndində baş verib.

İlkin məlumata görə, çənə qaz vurulan zaman partlayış baş verib, yanğın başlayıb. Hadisə nəticəsində ağır xəsarət alan iki nəfər xəstəxanaya çatdırılıb. Onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.