!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ağcabədidəki partlayışın təfərrüatları - ölən və yaralananın kimliyi açıqlandı

!Reklam – Yazi

Ağcabədidə maye qaz doldurma məntəqəsində baş verən partlayışda ölən və yaralananın kimliyi məlum olub.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, partlayış zamanı yanacaqdoldurma məntəqəsinin sahibi, 64 yaşlı Cəfərov Nahid İsa oğlu Ağdam Mərkəzi rayon xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

“18 BG 546” dövlət nömrə nişanlı ZİL markalı yük maşınının sürücüsü, Şirvan şəhər sakini, 1956-cı il təvəllüdlü Nəsirov Gülhüseyn Əlihüseyn oğlu yanıq xəsarəti ilə Ağcabədi Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

İlkin ehtimala görə, hadisənin baş verməsinə səbəb yanacaqdoldurma məntəqəsində propan qazı daşıyan maşından maye qazın çənlərə boşaldılması zamanı yaranan texniki nasazlıq olub.

Ağcabədi rayon Prokurorluğu və FHN-nin Qarabağ Regional Mərkəzinin əməkdaşları hadisə yerində araşdırma aparır. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə yerində başqa şəxslərin olması ehtimalı araşdırılır.

www.yenicag.az

1974
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv