!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ağcabədinin biznesmen məmuru Əli Əliyev

!Reklam – Yazi

Yeni-suSuvarma Sistemləri İdarəsinin müdiri dövlətin yüzminlərini mənimsəməkdə ittiham olunur

Ağcabədi rayonunun “ağır topları”ndan olan rayonun Suvarma Sistemləri İdarəsinin müdiri Əli Əliyev barədə redaksiyamıza maraqlı məlumat daxil olub.

Qeyd olunur ki, 250 yaxın işçisi olan Suvarma Sistemləri İdarəsi rayonun 100 hektara yaxın ərazisinin suvarılması və kiçik, böyük kanalların təmirini və işlək vəziyyətdə qalmasını həyata keçirir. Əli Əliyevin rəhbərlik etdiyi təşkilata son 2 ildə ayrılan 700 min manatdan çox vəsait isə maşın avadanlıqlarının, texnikaların ehtiyyat hissələrini və tikinti matreallarının alınmasına xərclənib.

Lakin iddialara görə, əslində işə xərclənən məbləğlə kağız üzərində yazılanlar arasında ciddi fərq var. Belə ki, idarə müdiri tikinti matreallarının alınması tenderində ciddi şəkildə maxenasiya edərək külli miqdarda vəsait mənimsəməkdə ittiham olunur. İdarə müdirinin əsas qazanc yerinin isə son 2 ildə rayon ərazisində yerləşən suvarma nasos stansiyalarının təmiri, yenidən qurulması əməliyyatı olduğu bildirilir.

Məhz bu əməliyyatlarda Əli Əliyev nə az nədə çox 100 min manatdan çox qazanc əldə etdiyi vurğulanır: “Əli Əliyev ildə bir neçə dəfə rayon Melioservis İdarəsinə saxta forma 1 yazaraq  torpaq daşınması və kanal təmziləmə işləri adı altında bu təşkilata yüz min manatlarla vəsait köçürdür. Köçürülən vəsaitlər isə Melioservis idarəsinin müdiri Mübariz İbrahimov tərəfindən silinərək Əli Əliyevlə birlikdə mənimsənilir”.

O da iddia edilir ki, Suvarma Sistemləri İdarəsinin müdiri torpaq daşınması və kanal təmziləmə əməliiyatlarında Mübariz İbrahimova əldə etdiyi qazancdan 30 faiz verir.

Əli Əliyevin son illərdə sürətlə varlanması da diqqət çəkib. Belə ki, son bir neçə ildə idarə müdiri bir neçə obyekt tikdirib, Bakıda yaxın qohumlarının adına bir neçə mənzil alıb və Ağcabədidəki malikanəsini sıfırdan yeniləyib. Bu barədə məlumatları dəqiqləşdirmə apardıqdan sonra oxucularımıza çatdıracağıq.

Yazıda adı çəkilən şəxlərin mövqeyini dərc edə bilərik.

www.yenicag.az

1528
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv