!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ağcaqanadlardan təbii qorunma ÜSULLARI

!Reklam – Yazi

Yay aylarını kabusa çevirən ağcaqanadlardan təbii yollarla qorunmağın mümkün olduğunu bilirsinizmi?

Yenicag.az xəbər verir ki, bu kiçik həşəratları uzaqlaşdırmaq üçün limon və mixək ikilisindən istifadə edə bilərsiniz.

Limonu yüngülcə sıxaraq sulandırın. Ortadan ikiyə bölün və içinə mixəklər yerləşdirin.

Yay günlərində geyinəcəyiniz tünd rəngli paltarlar onlar üçün tam mənasıyla bir sığınacaqdır. Buna görə açıq rəngli paltarlar geyinməyə diqqət edin.

Tərli, nəmli bölgələr ağcaqanadların xüsusilə seçdiyi bölgələrdir. Tez-tez duş alın.

Bağça və balkonunuzda natrium lampaları yandırmağınız məsləhətlidir. Bu ağcaqanadların daha az gəlməsini və elektrikə qənaət etməyinizi təmin edər. Bundan başqa, pəncərələrinizə milçəklik taxdırmaq ən asan və praktik həllərdən biri olacaq.

Ağcaqanadlar qərənfil yağı, lavanda yağı və portağal qabığının qoxusundan xoşlanmazlar. Yay axşamlarında xoş bir bədən losyonu kimi də istifadə edə biləcəyiniz bu yağlar sizi ağcaqanad hücumlarından da qoruyacaq.

Çay ağacı yağı, evkalipt və nanə yağı dişlənilən bölgəyə sürtüldüyündə qaşıntını bir neçə saniyə ərzində götürəcək və həmin bölgəni tezliklə sağaldacaq.

Saf vanil də ağcaqanadlardan qorunma olaraq istifadə edilə biləcək üsullardan biridir. Dişlənən nöqtələrinə sürtülən vanil yağı bir mənada sizi görünməz edəcək və ağcaqanadlardan qorunmağınızı təmin edəcək.

Yaşıl limonun üstünə yerləşdirəcəyiniz qərənfillər də ağcaqanadları evinizdən uzaq tutmağınıza köməkçi olacaq.

Evinizin pəncərələrinə saxsı qablarda basdırılmış reyhan və lavanda yerləşdirin. Onların ağcaqanadları qovucu təsirləri var.

Əgər artıq ağcaqanadların “hücum”una məruz qalmısınızsa, banan qabığını həmin hissəyə sürtməklə qaşıntı və şişkinliyi azalda bilərsiniz. Nanə və evkalipt yağları da narahatçılığı aradan qaldırır.

Qeyd edək ki, ağcaqanadları qovan müxtəlif kimyəvi vasitələr effektli olsalar da sağlamlığa ziyan vurur. Xüsusilə bu kiçik yaşlı uşaqlar, allergiyadan və nəfəsalma xəstəliklərindən əziyyət çəkən insanlara aiddir. Bu səbəbdən mümkün qədər təbii vasitələrə üstünlük verin.

www.yenicag.az

13898
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv