Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova vəzifəsindən azad edilib.
Bu barədə Yenicag.az-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, bununla bağlı müvafiq əmri TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov imzalayıb.
Qeyd edilib ki, H.Qədirovanın yerinə təyinat yoxdur.