Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Ağdaban soyqırımından 27 il ötür

Ermənilərin azərbaycanlılara qarşı törətdikləri daha bir qanlı cinayətin – Ağdaban soyqırımının 27-ci ili tamam olur.

Yenicag.az xəbər verir ki, 1992-ci ilin aprelin 7-dən 8-nə keçən gecə Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi erməni vandalları tərəfindən yerlə yeksan edilib. Aprel ayının 8-də səhərə yaxın erməni quldurları Ağdaban yaxınlığındakı gözətçi məntəqəsinə qalxıb, burada keşik çəkən 3 nəfəri qətlə yetiriblər. Qəfil yuxudan qalxan kənd camaatı çaş–baş qalıb. Kənd evlərinin əksəriyyəti yandırılıb və qarət edilib. Aşıq Şəmşrin evi və zəngin arxivinə od vurulub, külə döndərilib.

Kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verilib. Soyqırımı zamanı 67 nəfər qətlə yetirilıb, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılıb, 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib.

Ağdaban faciəsi tarixdə bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biridir, Xocalı, Xatın və Sonqimi soyqırımının təkrarıdır. 1992-ci il aprelində baş verən Ağdaban faciəsi dünya ictimaiyyətinə də ətraflı çatdırılmayıb.

www.yenicag.az

27374