!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ağdam. 5 fraqment” filminin təqdimat mərasimi keçirilib

!Reklam – Yazi

6e3c0b6e-60b3-4697-b846-cdd392a07915Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Belçikanın “Qafqazın Qovuşma Nöqtəsi” təşkilatının hazırladığı “Ağdam. 5 fraqment” adlı filmin təqdimat mərasimi keçirilib.

Mərasimi açıq elan edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranın xarici QHT-lərin sülhü, mədəniyyəti, multikultralizmi, Azərbaycanın mili maraqlarını təbliğ edən müxtəlif layihələrini dəstəklədiyini deyib. F. Qurbanov Şuranın maliyyə dəstəyi ilə hazırlanan “Ağdam. 5 fraqment” adlı filmdə Ermənistanın işğalçılıq siyasətinin faktlarla sübut edildiyini, həmçinin Ağdamın tarixi, təbiəti, işğaldan öncə və sonrakı vəziyyəti haqqında məlumatların əksini tapdığını bildirib. Sonra filmə baxış keçirilib.
Filmin rejissoru və “Qafqazın Qovuşma Nöqtəsi” təşkilatının sədri Mişel İvor Ağdama səfər edərkən çox məyus olduğunu deyib. M. İvor qeyd edib ki, vaxtı ilə çox gözəl şəhər olan Ağdam hazırda yalnız vaxtı ilə orada yaşamış sakinlərinin xatirəsində qalır. Rejissor filmin çəkilişi prosesində Ağdam şəhərinin xeyli sayda sakini ilə görüşdüyünü, onların içərisindən 5 şəxsin müsahibəsinin filmə daxil edildiyini qeyd edib.
Ağdam şəhərinin deputatı Bəxtiyar Əliyev Milli Məclisdə təmsil etdiyi şəhərin tamamilə dağıdılmasını, sakinlərinin qətlə yetirilməsini və doğma yurdlarından didərgin salınmasını bəşəriyyətə qarşı edilmiş böyük cinayət olduğunu bildirib. B. Əliyev vaxtı ilə gözəl memarlıq quruluşuna malik olan Ağdam şəhərinin işğaldan azad olunması və sakinlərinin yenidən xoşbəxt həyatlarına qayıtması üçün beynəlxalq təşkilatları və ölkəmizdəki səfirilikləri işğalçı Ermənistana qarşı təzyiqləri artırmağa çağırıb.
Şura sədri, millət vəkili Azay Quliyev filmdə 5 ailənin timsalında 1 milyondan artıq qaçqın və məcburi köçkünün acınacaqlı həyatının, çəkdiyi iztirabların təsvir olunduğunu qeyd edib. Tarixdə bir şəhərin bu qədər qəddarlıqla və barbarcasına dağıdılmasına nadir hallarda rast gəlindiyini deyən Azay Quliyev Ermənistanın dinc insanları qətlə yetirməklə yanaşı, sanki binalardan, evlərdən də qisas aldığını bildirib.
Azay Quliyev İŞİD-in Palmira şəhərində törətdiyi vandallığın belə Ermənistanın Ağdamda həyata keçirdiklərinin yanında “humanist” göründüyünü vurğulayıb. Çünki Palmiranın müəyyən hissəsi qalsa da Ağdam şəhəri tamamı ilə yerlə-yeksan edilib.

Şura sədri Ağdamın 2008-ci ildə “Lonely Planet” jurnalınıda “Qafqaz Hiroşiması”, 2010-cu ildə isə Əl-Cəzirə televiziyasının internet saytında “ruhlar şəhəri” adlandırıldığını qeyd edib: “Hər iki yanaşma Ağdamın faciəsinin miqyasını tamamı ilə adekvat, doğru-dürüst şəkildə ifadə edir. Ancaq biz əminik ki, haqq-ədalət tezliklə bərpa olunacaq. Necə ki, Hiroşima yenidən qurulub-yaradılıb, eləcə də Ağdam şəhəri işğaldan azad olunacaq və Azərbaycanın mədəni, ictimai, siyasi həyatında oynadığı əvvəlki rolunu bərpa edəcək. O zaman Ağdam şəhərində nigaran dolaşan şəhid ruhları da rahatlıq tapacaq”.
Qeyd edək ki, 11 fevral 2016-cı ildə Belçikanın paytaxtı Brüssel şəhərində nümayiş etdirilən adıçəkilən film yerli ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib.

 

www.yenicag.az

818
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv