Ağdam Cümə məscidində azan səsləndirildi – 27 ildən sonra ilk dəfə / VİDEO

Ermənistanın işğalından azad edilən Ağdamda 27 ildən sonra ilk dəfə azan səsləndirilib.

Yenicag.az xəbər verir ki, Azərbaycanın bir qrup din xadimi noyabrın 20-də Ağdamın mərkəzində yerləşən Cümə məscidinə gediblər.

Dindarlar məsciddə azan verib, namaz qılıblar.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı 3 tərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 20-də Ağdam rayonuna daxil olub.