!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ağdam dedikdə, ağlımıza ilk nə gəlməli? - “A-dan Z-yə Aqil Ələsgərlə” – II Sezon, Vl Buraxılış / VİDEO

!Reklam – Yazi

“A-dan Z-yə Aqil Ələsgərlə” ikinci sezonunda altıncı buraxışı ilə görüşünüzə gəlib.

Koronavirusun yenidən ölkənin bir nömrəli gündəmi olmasına, quşlayan deputatlarımızla bağlı kimin günahlandırılmasının vacibliyinə, Papa ilə Ermənistanda yaşananlara, xüsusilə, Ağdam dedikdə, ağıla nələrin gəlməsinin vacibliyinə Aqil Ələsgərin təqdimatında fərqli rakursdan baxa biləcəksiniz.

Qeyd edək ki, hər həftənin şənbə günü yayımlanan verilişdə müəllif dünyada və ölkəmizdə baş verən hadisələri, aktual mövzuları özünəməxsus şəkildə şərh edir.

 

 

Buraxılışın mətni:

Maskalı gələcək…

Şükür Allaha ki, normala dönürük. On gün əvvələ qədər kimsənin əhəmiyyət vermədiyi koronavirus iki mindən aşağı düşmür, əksinə, rekord təzələyir, yenidən hər yerin bağlanıb-bağlanmaması müzakirə edilir,

2021-ci ilə də qadağalarla girəcəyimizi də əslində bilir, ancaq özümüzü o yerə qoymuruq. Qısacası, maska ilə girdiyimiz 2020-ni çıxarkən də maska ilə tərk edirik.

*
Papa modeli laykladımı, layklamadımı?

Dünya korona-məhdudiyyət-qadağa hayındaykən, Vatikan Papa Françizin braziliyalı model Natalianın şəklini özünün bəyənib-bəyənməməsini araşdırır. Əslində, Katolik Xəbər Agentliyi o səhifənin professional qrup tərəfindən idarə olunduğunu deyərək, bu “bağışlanmaz günah”ı elə Papanın etdiyinə işarə vurub. Belə də ki, eləmisən, de əcəb eləmişəm. Evdə arvadın da yoxdu ki, başını dəng eləsin ki, o qızı niyə layk eləmisən, aranızda nə var? De, o da mənim bir övladım, pis mənada layklamamışam ki, ay Pa…

*
Sapı bizdən olanların əclaflığı…

Azərbaycanda Hacıqabulun sırf özünə aid, daha Kürdəmirə bağlı olmayan bir deputatı olmasa da, hacıqabullu gedib Ermənistanda nazir olub. İddia olunur ki, Ara Eyvazyan nəvahili Qüdrət kişinin belindən gəlib. Hacıqabullunun vəzifəyə gəlməsinə isinməmişkən, hadrutlu qızı Şuşan 45 gün idarə etdiyi fərari ordunun fantastik yalan maşınının sükanından qalxdığını bəyan etdi.

Əslində, İrəvanda Azərbaycanla hardasa bağlantılı olanların vəzifəyə gəlib-getməsinə sevinib-kədərlənməliyikmi? Məncə, xeyr. Çünki düşmənin sapı bizdən olması daha pisdir, çünki belələri bizə qarşı daha əclaf olurlar… Ancaq nə etsələr, çe fayda… Qurbanolduğum xarizmalarına elə şram atıb ki, bir də qəddlərini çətin düzəldələr… İndi də deyir ki, o əski parçasını endir ordan, sonrasını özün bilirsən neyləmək lazımdı, a Paşolyan…

*
Bron mandatın ortaya çıxardığı “quşlamalar”…

Normala qayıdığışımızda bəzi deputatlarımızın xidmətləri əvəzsizdir. Məhz onlardı quşlayaraq, bizi “Artıq Azərbaycanda heç nə əvvəlki kimi olmayacaq” nağılından ayırıb, real həyata qaytaran.
Öncələri məqsədli quşlamalar olurdu. Məsələn, devalvasiya olurdu, bunu gündəmdən çıxartmağın ən asan yolu Hadı Rəcəbliyə diktafon uzatmaq idi. Ağsaqqalın bənna ilə müəllim sözünü yanaşı çəkməsi bəs edirdi ki, həftələrlə o mövzu gündəmdən düşməsin. Ancaq indinin quşlayanları, şəhid evinə şampun göndərənləri, ayaqqabı ilə girənləri isə qanmamazlıqdan edirlər. Yəni, istər Hadı Rəcəbli, istər Siyavuş Novruzov, istərsə də digər veteranlar bilincli olaraq, mövzudan Molotov kotleti, toyest kokteyli düzəldirdilərsə, çiçəyi solmamış deputatların bir çoxunun məmur təcrübəsi belə yoxdur, dövlətçilik ənənəsini filanı heç hesaba qatmıram.

Məsələn, dostumuz Samir Feyruzov deyir ki, deputat köməkçilərindən biri ondan Həsən bəy Zərdabinin telefon nömrəsini istəyib. Buna baxıb, Yutubun qlavnıy redaktoruna rouminqlə zəng etmək istəyən Əhəd Abıyevə niyə şükr etməyək ki?

Bəli! Təsadüfi, kimisinin xoşuna gələn, kimisinin qohumu olmaqla, sanki bron edilmiş mandatın ötürülməsi sonucu deputat düzəldilmənin sonucu budur.

Ağdam deyəndə, xatırladıqlarımız…

Ağdam bizimdir. Ağdam artıq defakto da, deyure də Azərbaycanındır. Biz Ağdamı işğaldan qurtardıq. Ağdamı bizə kimsə geri vermədi. Ağdamı Füzulidə, Cəbrayılda, Zəngilanda, Murovda, Suqovuşanda, Hadrutda, Qubadlıda və Şuşada aldıq. Məhz rəşadətli Azərbaycan ordusunun cəsarəti qarşısında düşmən unitazını da götürüb, rədd oldu bizim Ağdamımızdan…

Ruhları artıq azad olan Ağdamın maraqlı bir statistikası var. 27 illik əsarətdən qurtulan Ağdam işğal olunana qədər əhalisi 158 min nəfər idi. Onlardan 6570-i birinci Qarabağ müharibəsində şəhid olub. Bu isə o deməkdir ki, Ağdamda hər 24 nəfərdən biri şəhid olub.

33 000 müharibə iştirakçısı olan ağdamlı var. Deməli, hər 5 ağdamlıdan biri döyüşüb.

Hesablama əhalinin ümumi sayına görə aparılır, nəzərə alaq ki, onların arasında yaşlılar, qadınlar, körpələr də var. Və Vətən Müharibəsi adını verdiyimiz II Qarabağ savaşı sonucları açıqlananda Ağdamla bir daha qürur duyacağımızdan şübhəmiz yoxdur.

Onun üçün Ağdam deyəndə yadınıza o dəqiqə almanın sınıq “çeşka”sı deyil, bu savaşda ən çox şəhid vermiş,

Xudu Məmmədov, Arif Babayev, Qədir Rüstəmov kimi ziyalılar, Allahverdi Bağırov, Fred Asif, Canbulaq Rzayev, Şirin Mirzəyev, Muxtar Qasımov, Raquf Orucov kimi qəhrəmanlar yetişdirən şəhər düşsün.
Əziz Ağdam, 27 il sonra gələn ağ günün mübarək!
Uca Allah bir daha alnımıza səninlə ayrılıq yazmasın…

www.yenicag.az

2424
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv