!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ağdam Sənaye Parkına rezidentlər 50 milyon manatdan çox investisiya yatırmağı planlaşdırır

!Reklam – Yazi

Ağdam Sənaye Parkına rezidentlər 50 milyon manatdan çox investisiya yatırmağı, 1 000-dən artıq iş yeri yaratmağı planlaşdırır.

Yenicag.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyevin Şuşada keçirilən Türk Biznes Forumunda deyib.

“Qarabağın bərpası və dirçəldilməsi, sənaye potensialının inkişaf etdirilməsi məqsədi ilə ölkə prezidentinin müvafiq fərmanlarına əsasən Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları yaradılıb. Birinci sənaye parkı 190 hektar ərazini əhatə edir, burada 9 rezident və 2 qeyri-rezident qeydiyyata alınıb. Bu rezidentlər Parka 50 milyon manatdan çox investisiya yatırmağı, 1 000-dən artıq iş yeri yaratmağı planlaşdırır. Artıq rezidentlərdən “Dadaş-N” və “Veliev” MMC-lər tikinti işlərinə başlayıb. Digər rezidentlər isə layihələndirmə, torpağın hamarlanması işləri görür.

İkinci sənaye parkı isə 200 hektar ərazini əhatə edir, burada 1 sahibkara rezidentlik, 1 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Qeydiyyata alınmış rezident “KAMAZ Azərbaycan Lizinq” MMC artıq torpaq və fundament işlərinə başlayıb, Parka 6 milyon ABŞ dolları yatırmağı və 65 daimi iş yeri yaratmağı nəzərdə tutur. Qeyri-rezident – “Azpetrol” MMC isə yanacaqdoldurma məntəqəsi tikəcək. Artıq baş plan təqdim olunub, işlər davam edir.

Hazırda işğaldan azad edilmiş ərazilərdə yaradılmış sənaye parklarında investisiya dəyəri 60 milyon manatdan çox olan 15 layihəyə baxılır və bu layihələrin reallaşdırılması nəticəsində 800 nəfər daimi işlə təmin ediləcək”, – deyə E.Nuriyev qeyd edib.

www.yenicag.az

312
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv