Ağdam Sənaye Parkında daha bir istehsal müəssisəsi yaradılacaq

Ağdam Sənaye Parkında daha bir sahibkarlıq subyektinə rezident statusu verilib və rezidentlərin sayı 12-ə çatıb.

Yenicag.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” səhifəsində bildirib.

Nazir qeyd edib ki, yeni rezident NN-Tel Group MMC tərəfindən sənaye parkında investisiya həcmi 1,3 mln. manat olan dam örtükləri istehsalı müəssisəsi yaradılacaq.