Ağdam-Şuşa yolunda “Mercedes” aşdı – Xəsarət alanlar var

Ağdamda “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Yenicag.az xəbər verir ki, ikisi qadın olmaqla, üç nəfərin xəsarət aldığı hadisə işğaldan azad edilmiş Ağdam şəhəri ərazisində, Ağdam-Şuşa yolunda baş verib.

Yaralılar Xankəndi şəhər xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.