Ağdamın işğaldan azad edilmiş ərazilərinə əhalinin köçürülməsinə 2025-ci ildə başlanılacaq
Yenicag.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Namiq Hümmətov bildirib.
O, bu barədə Şəhərsalma Məsələləri üzrə İşçi Qurupun Ağdamda keçirilən iclasında danışıb. İclasda sonra İşçi Qurupunun üzvləri Ağdam şəhərində inşa edilən yaşayış kompleksinə baş çəkiblər. Dövlət qurumlarının nümayəndələrinə tikintinin gedişi barədə məlumat verilib, bildirilib ki, tikinti işləri 2023-cü ilin sonuna qədər başa çatdırılacaq, ərazidə ümumi giriş sayı 11 olmaqla 6 bina tikiləcək.
Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərə ilk köç Zəngilan rayonunun Ağalı kəndinə baş tutub.