Ağdama güclü dolu yağdı – Fotolar

agdam doluu (3)Mayın 23-də axşamüstü Ağdam rayonuna yağan güclü dolu Qaradağlı, Əfətli, Zəngişalı, Çəmənli, Qərvənd inzibati ərazi dairələrinin kəndlərində bir sıra fəsadlar törədib.

Rayon fövqəladə hallar komissiyasının sədri Zülfü Qasımov Azərtac-a bildirib ki, dolu düşən ərazilərdə taxıl zəmilərinə, kartof və tərəvəz əkinlərinə, həmçinin meyvə ağaclarına xeyli ziyan dəyib.

Rayon fövqəladə hallar komissiyasında təsərrüfatlara dəyən ziyan müəyyənləşdirilir.