Ağdamda 3 otaqlı ev yandı

Ağdamda birmərtəbəli evdə yanğın olub, tüstüdən zəhərlənən var.

Yenicag.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, rayonun Quzanlı qəsəbəsində ümumi sahəsi 196 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxində 5 kvadratmetr sahədə mebel yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.