Ağdamda 4 otaqlı ev yandı

Ağdam rayonunun Eyvazlı kəndində ümumi sahəsi 135 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 54 m² sahədə və dam örtüyünün taxta atmaları 100 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.