Ağdamda avtomobil aşdı : Sürücü öldü

Ağdam rayonunda avtomobil aşıb, sürücü ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə iyunun 18-i saat 22 radələrində rayonun Evoğlu kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini Elşad Hüseynov idarə etdiyi “VAZ-21074” markalı avtomobili aşırıb. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən sürücü ölüb.

Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.