Ağdamda dəhşətli yanğın: nişanlı qızın və gəlinin cehizləri kül oldu – VİDEO

Ağdamda ev yanıb.

ARB TV xəbər verir ki, yanğın Mübariz Vəliyevə məxsus evdə baş verib.

Gecəyarısı baş verən yanğın zamanı ailənin 7 üzvü evdə yatıbmış. Nəticədə 169 kv.m sahəsi olan ev bütün əşyaları ilə birlikdə yanıb. Hadisə yerinə gələn yanğınsöndürən briqadası yanğını söndürə biliblər.

Ev sahibinin sözlərinə görə, ailə üzvlərini xilas etmək mümkün olsa da, nişanlı qızının və gəlininin bütün cehizləri yanıb.

Yeniçağ.az