Ağdamda ev yanır

Ağdam rayonunun İmamqulubəyli kəndinin sakini Hüseynov Sənan Elbrus oğluna məxsus evdə yanğın başlayıb.

Yenicag.az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin Yanğından Mühafizə Xidmətinin briqadaları cəlb edilib. Hazırda yanğının yayılmasının qarşısı alınır.

Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.