!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ağdamda güclü yağış kənd təsərrüfatına ciddi ziyan vurub

!Reklam – Yazi

Ağdam rayonuna yağan güclü yağış kənd təsərrüfatına ciddi ziyan vurub.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, yağış daha çox taxıl zəmilərini yararsız hala salıb və məhsul itkisinə səbəb olub.

Təbiət hadisəsi nəticəsində, əsasən rayonun Mahrızlı, Zəngişalı və digər kəndlərində olan taxıl zəmilərinə ziyan dəyib.

Fermerlərin sözlərinə görə, yaz aylarında havaların normadan artıq rütubətli olması dənli və tumlu bitkilər üçün ziyanlı hesab edilir. Son günlər küləklə müşahidə olunan güclü yağış səbəbindən cəbhə bölgəsində taxılçılıqla məşğul olan fermerlər çətin vəziyyətlə üzləşiblər. Bu aylarda yağan yağış taxıl zəmilərinə ciddi ziyan vurur.

www.yenicag.az

1472
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv