Ağdamda içməli su boruları partladı, qəsəbə susuz qaldı – FOTOLAR

Ağdam rayonunun Alıbəyli-2 qəsəbəsində içməli su boruları yenə sıradan çıxıb.

Yenicag.az-a qəsəbə sakinlərinin verdiyi məlumata görə, bir neçə ay öncə dağılan su boruları yenidən sıradan çıxıb.

Qəsəbə sakinlərinin sözlərinə görə, su borusu 1 həftədən artıqdır ki, partlasa da təmir edilmir.

Dəfələrlə “Azərsu” və Ağdam rayon Su-Kanal İdarəsinə problemlə bağlı şikayət edilsə də, problem olduğu kimi qalır.

Havaların isti keçdiyi zamanda boruların partlaması, içməli suyun çatdırılmasında da problem yaradır, nəticədə isə əhali əziyyət çəkir.

Məsələ ilə bağlı Ağdam rayon Su-Kanal İdarəsi ilə əlaqə saxlamağa çalışsaq da, idarədən telefon zənglərimizə cavab verən olmadı.

Dəfələrlə təmir edilən su borularının yenidən partlaması nəticəsində isə qəsəbədə bu mənzərə yaranıb:

Səxavət Məmməd