!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ağdamda köməksiz vəziyyətdə qalan çobanlar xilas edildi

!Reklam – Yazi

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – “qaynar” telefon xəttinə daxil olan məlumatda Qarqarçay çayında suyun səviyyəsinin kəskin artması nəticəsində çayın Ağdam rayonunun Əfətli kəndi ərazisindən keçən hissəsində iki nəfərin (çoban) və təxminən 500 baş xırdabuynuzlunun köməksiz vəziyyətdə qaldığı bildirilib.

FHN-dən Yenicag.az-a bildiriblər ki, nazirliyin Qarabağ Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Qarabağ Regional Mərkəzinin və Ağdam Rayon İcra Hakimiyyətinin yerli qüvvələri tərəfindən həyata keçirilən birgə tədbirlər nəticəsində həmin iki nəfər və heyvanlar xilas olunaraq təhlükəsiz əraziyə təxliyə edilib.

www.yenicag.az

2943
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv