Yanvarın 21-də saat 13:30 radələrində Ağdam rayonu ərazisində mina partlayışı ilə bağlı polisə məlumat daxil olub.
Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat verib.
Bildirilib ki, Ağcabədi rayon sakini 1980-ci il təvəllüdlü Faiq Səyyad oğlu Abışov ayağından xəsarət alıb. Faiq Abışov polis əməkdaşları tərəfindən xəstəxanaya təxliyə edilib.
Faktla bağlı araşdırma aparılır.