Ağdam rayonunda minaya düşən mülki şəxslərdən daha biri ölüb.
Yenicag.az xəbər verir ki, hadisə nəticəsində xəsarət alanlardan biri – 1987-ci il təvəllüdlü Hüseynov Bayram Akif oğlu vəfat edib.
***
Xəbər verdiyimiz kimi, Ağdamda 6 nəfər minaya düşüb.
Yenicag.az xəbər verir ki, minaya düşənlərin kimliyi məlum olub.
Belə ki, məcburi köçkün kimi Əfətli kəndində məskunlaşmış 1957-ci il təvəllüdlü Hüseynov Akif Muxtar oğlu, onun üç oğlu – 1982-ci il təvəllüdlü Hüseynov Anar, 1987-ci il təvəllüdlü Hüseynov Bayram və 1979-cu il təvəllüdlü Hüseynov Razi, həmçinin onun nəvəsi, 2014-cü il təvəllüdlü Hüseynov Hüseyn Razi oğlu, Laçın rayonundan məcburi köçkün kimi Əfətli kəndində məskunlaşan 1985-ci il təvəllüdlü Abdullayev Bəhruz Nadir oğlu minaya düşüb.
Nəticədə Razi Hüseynov ölüb, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan biri – Bəhruz Abdullayev Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, digərlərinin evakuasiyası həyata keçirilir.
Hadisə nəticəsində 7 yaşlı uşaq Hüseyn Hüseynov heç bir xəsarət almayıb.
Faktla bağlı araşdırma aparılır.
***
Ağdam rayonunda 6 nəfər mülki şəxs piyada əleyhinə minaya düşüb.
Yenicag.az xəbər verir ki, hadisə rayonun işğaldan azad edilən Yüsifcanlı kəndi ərazisində qeydə alınıb.